131 illik həll olunmayan problem: Britaniya mirası regionu qana bulayır

131 illik həll olunmayan problem: Britaniya mirası regionu qana bulayır
22.04.2026 18:19 Təhlil

Pakistanla Əfqanıstan arasında münasibətlər uzun illərdir ki, xüsusilə Durand xətti ətrafında yaranan sərhəd mübahisəsi və təhlükəsizlik problemləri fonunda gərgin olaraq qalır. 

Maraqlıdır, bəs bu münaqişənin əsas səbəbləri nədir? 

Sözügedən mövzunu siyasi analitik Aydın Tağıyev TodayPress TV-yə şərh edib. 


O bildirib ki, bu, demək olar ki, Durand xətti mübahisəsidir: 

“Tarixə nəzər salsaq, 1893-cü ildə Britaniya tərəfindən çəkilmiş sərhəd xətti Əfqanıstan tərəfindən heç vaxt tam tanınmayıb. Bu isə mütəmadi olaraq sərhəd postlarında toqquşmalara və qan tökülməsinə səbəb olur. Bu münaqişədə Pakistan iddia edir ki, anti-Pakistan silahlı qruplar Əfqanıstan ərazisində gizlənir və hücumlar təşkil edir. Digər tərəfdən, daxili motivlərə nəzər yetirdikdə hər iki ölkədə hökumətlər sərt mövqeləri daxili legitimlik üçün istifadə edir, kompromis isə zəiflik kimi qəbul olunur. Bu ilin fevralından Pakistan Kabul və Kandahara hava zərbələri endirdi, bunu “açıq müharibə” adlandırdı. Taliban hökuməti dron hücumları ilə cavab verdi, qaynar nöqtə artıq kritik həddə çatdı”.


Analitik diqqətə çatdırıb ki, hətta Ramazan Bayramı zamanı müvəqqəti atəşkəs elan olunsa belə, bayramdan sonra yenidən artilleriya və hava hücumları başlayıb:

“Münaqişə artıq ikinci aya keçir, sərhəd bölgələrində mülki itkilər artır, yüzlərlə insan həlak olub və yaralanıb. Bu da ciddi humanitar və qaçqın böhranlarına gətirib çıxaracaq. Region ölkələri üçün də bu hal qaçılmazdır”.

Onun sözlərinə görə, humanitar böhran gündən-günə artır. Sərhəd bölgələrində yüzlərlə mülki şəxs, o cümlədən uşaqlar və humanitar işçilər həlak olub. Minlərlə insan köçkün vəziyyətinə düşüb. Mövcud münaqişə regional sabitlik riskini çox ciddi şəkildə poza bilər. Münaqişə yalnız Pakistan və Əfqanıstanı deyil, həm də Orta Asiya və Hindistanı təsir edə bilər.

A.Tağıyev qeyd edib ki, burada xarici aktorların rolu da böyükdür:

“Münaqişə həm də böyük güclərin regiondakı maraqları ilə əlaqəlidir, sərhəd böhranı geosiyasi rəqabəti günbəgün dərinləşdirir. Burada Əfqanıstan Taliban hökuməti sərhəd məsələsini milli suverenlik simvolu kimi təqdim edir və kompromisdən qaçır. Digər tərəfdə dayanan Pakistan İslamabad isə sərhəd təhlükəsizliyini prioritet sayır, lakin sərt hərbi cavab daxildə siyasi güc nümayişi kimi istifadə olunur”.


Analitik sonda əlavə edib ki, münaqişənin davamı regional sabitliyi daha da zəiflədəcək: 

“Durand xətti münaqişəsi tarixi kökləri olan, lakin hazırda daxili siyasi motivlər və militant faktorlarla qızışdırılan bir böhrandır. Diplomatik vasitəçilik olmadan bu qarşıdurma “dondurulmuş münaqişə” mərhələsindən “açıq müharibə” mərhələsinə keçə bilər”.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Paris nəhəngi yay üçün ulduz ovuna başlayıb! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 All News