Yol Polisi sürüclərə xəbərdarlıq etdi - SƏBƏB?

Yol Polisi sürüclərə xəbərdarlıq etdi - SƏBƏB?
15.05.2026 16:27 Sosial

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava ilə bağlı xəbərdarlıq edib.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü və arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntıların müşahidə olunacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır.

"Bununla əlaqədar yol polisi bütün yol hərəkəti iştirakçılarını daha diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.

Qeyd edirik ki, yağıntılı və küləkli havalarda sürücülər hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorumalı, kəskin manevrlərdən və əsassız ötmələrdən çəkinməlidirlər. Nəqliyyat vasitələrinin faraları və işıq siqnalları saz vəziyyətdə olmalı, yaxın və qabarit işıqları daim yandırılmalıdır. Görünmə məsafəsi azaldıqda duman əleyhinə işıqlardan yalnız zərurət yarandıqda istifadə edilməli, qarşıdan gələn nəqliyyat vasitələrinə mane olmamaq üçün uzaq işıqlardan istifadə olunmamalıdır.

Piyadalar məhdud görünmə şəraitində yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, sürücülərin onları vaxtında görə bilməsi üçün daha diqqətli və ehtiyatlı davranmalıdırlar.

Xüsusilə qeyd olunmalıdır ki, küləkli hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet və skuter tipli nəqliyyat vasitələrinin idarə olunmasında ciddi çətinliklər yaradır. Güclü küləyin təsiri nəticəsində bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi və aşma riski əhəmiyyətli dərəcədə artır ki, bu da həm sürücülər, həm də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükə yaradır.

Mövcud hava şəraitində hər bir yol hərəkəti iştirakçısının məsuliyyətli davranışı, qarşılıqlı diqqət və anlayış nümayiş etdirməsi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynayır",- deyə müraciətdə qeyd edilib.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 Bütün Xəbərlər