WUF14 Mexikoda keçiriləcək - BU TARİXDƏ

WUF14 Mexikoda keçiriləcək - BU TARİXDƏ
19.05.2026 17:55

Dünya Şəhərsalma Forumunun (WUF) 14-cü sessiyası 2028-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı sessiyada Mexiko Şəhər Hökumətinin beynəlxalq əlaqələr üzrə baş koordinatoru Mariya del Rosio Lombrera Qonsales bildirib.

Onun sözlərinə görə, Bakıda keçirilən forum yerli və regional hökumətlərin mənzil, iqlim və şəhərsalma ilə bağlı təcrübələrinin paylaşılması üçün mühüm platformadır.

M. Qonsales qeyd edib ki, şəhərlər qlobal problemlərin təsirlərinin birbaşa hiss olunduğu əsas məkanlardır və buna görə də yerli hökumətlər bu çağırışların həllində aparıcı rol oynayırlar.

O bildirib ki, mənzil təkcə yaşayış yeri deyil, həm də sosial, iqtisadi və ekoloji inkişafın mərkəzi elementidir.

Onun sözlərinə görə, əlçatan mənzil siyasəti məşğulluq, nəqliyyat, iqlim dayanıqlılığı və sosial inklüzivliklə uzlaşdırılmalıdır.

M. Qonsales vurğulayıb ki, WUF13-də səslənən ideyalar və tövsiyələr 2028-ci ildə Mexiko şəhərində keçiriləcək WUF14 üçün mühüm əsas rolunu oynayacaq.

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 All News