Dünya azərbaycan icmaları ilə tanış oldu

Dünya azərbaycan icmaları ilə tanış oldu
22.05.2026 13:25

WUF13 çərçivəsində vətəndaş cəmiyyəti və özəl sektorun geniş iştirakı təmin olunub, “Urban Expo” forumun ən dinamik platformalarından biri olub.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda iri beynəlxalq tədbirlərin təşkili üzrə əldə olunan nailiyyətlər ölkənin yalnız tədbirləri uğurla keçirmək deyil, həm də uzunmüddətli institusional təsir yaratmaq öhdəliyini əks etdirir.

Anar Quliyev qeyd edib ki, WUF13 həm hazırlanma, həm də icra mərhələsində dərin inklüzivlik prinsipi əsasında təşkil olunub.

“Vətəndaş cəmiyyəti forumda geniş və fəal şəkildə iştirak edib və ümumi iştirakçıların 12 faizini təşkil edib”, – deyə o vurğulayıb.

Komitə sədri bildirib ki, biznes və innovasiya mərkəzlərinin yaradılması özəl sektor, investorlar və startaplarla əməkdaşlığın güclənməsinə, innovasiya və şəhər transformasiyasının rolunun artırılmasına xidmət edib.

Onun sözlərinə görə, özəl sektorun daha geniş təmsilçiliyini görmək sevindiricidir və bu sektor forum iştirakçılarının 17 faizini təşkil edib.

“Forum bir daha nümayiş etdirdi ki, şəhər transformasiyası hökumətlər, icmalar və tərəfdaşlar birlikdə fəaliyyət göstərdikdə daha effektiv nəticə verir. WUF13-ün fərqləndirici xüsusiyyətlərindən biri forumun ən dinamik komponentlərindən hesab edilən “Urban Expo” oldu. Sərginin ümumi ekspozisiya sahəsi 10 min kvadratmetrdən çox oldu. Ümumilikdə 81 ölkədən 260 iştirakçı təşkilat 122 stend və pavilyonla təmsil olundu. İştirakçılar arasında hökumətlər, akademik dairələr, vətəndaş cəmiyyəti institutları, dövlət qurumları, eləcə də startaplar və innovasiya təşəbbüsləri daxil olmaqla özəl sektor nümayəndələri yer aldı”, – deyə Anar Quliyev bildirib.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
"Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 184 dərmanın qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 All News