Misirdə mumiyanın içərisində nadir fraqment aşkar edildi

Misirdə mumiyanın içərisində nadir fraqment aşkar edildi
04.05.2026 06:00 Maraqlı

İspaniya-Misir arxeoloji ekspedisiyası Minya əyalətindəki qədim Oksirinx şəhəri ərazisində maraqlı kəşfə imza atıb. Roma dövrünə aid nekropolda aparılan qazıntılar zamanı mumiyanın içərisində Homerin "İliada"sının mətni olan papirus fraqmenti aşkarlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Arkeonews" jurnalı xəbər yayıb.

Alimlər qızıl dilli amuletlərə malik mumiyaların və müxtəlif dəfn əşyalarının tapıldığı nekropolu tədqiq ediblər. Tədqiqatçıların bildirdiyinə görə, tapılan fraqment "İliada"nın ikinci kitabına - Troyaya yollanan yunan qüvvələrinin siyahıya alındığı "Gəmilərin kataloqu"na aiddir. Qeyd edək ki, dəfn mərasimi kontekstində belə ədəbi tapıntılara son dərəcə nadir hallarda rast gəlinir.

Misirin Ali Qədim Əsərlər Şurasının baş katibi Hişam əl-Leyti qeyd edib ki, bu kəşf bölgənin elmi cəhətdən öyrənilməsinə yeni çalarlar qatır: "Bu, Oksirinxdəki yerli elitanın yalnız yunan mədəniyyətinin təsiri altında olmadığını, həm də onun ədəbi ənənələri ilə fəal şəkildə qarşılıqlı əlaqədə olduğunu sübut edir".

Alimlər ehtimal edirlər ki, papirusun məqsədyönlü şəkildə mumiyanın içinə yerləşdirilməsi təsadüfi deyil. Bu, ədəbiyyatın axirət həyatı və ya şəxsi kimlik anlayışları ilə əlaqələndirildiyini göstərə bilər. Tapıntının gələcək tədqiqi Roma dövrü Misirində yunan ədəbiyyatının yayılması və təhsil səviyyəsini daha dərindən anlamağa imkan verəcək.

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 All News