ARDNF-in aktivləri 79 milyard dollara çatdı

ARDNF-in aktivləri 79 milyard dollara çatdı
25.09.2025 09:40 Maliyyə

Azərbaycanın fiskal və xarici dayanıqlılığı güclü olaraq qalır.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB-EBRD)Azərbaycanın iqtisadi göstəricilərinə dair proqnozunda bildirilib.

Hesabata görə, 2025-ci ilin ilk yarısında dövlət büdcəsi ÜDM-in 4,4 faizi həcmində profisitlə icra olunub. Xarici valyuta ehtiyatları, o cümlədən Dövlət Neft Fondunun aktivləri 78,8 milyard ABŞ dollarına çataraq üç ildən çox idxalı qarşılamağa imkan verib. Bu şəraitdə beynəlxalq reytinq agentliyi “Moody’s” 2025-ci ilin iyununda Azərbaycanın suveren reytinqini “Baa3” səviyyəsinə qaldırıb.

AYİB bildirir ki, 2025-ci ilin ilk səkkiz ayında inflyasiya 5,6 faizə yüksəlib. Buna baxmayaraq, Mərkəzi Bank iyulda uçot dərəcəsini 25 baza bəndi azaldaraq 7 faizə endirib. 2023-cü ilin sonundan bəri ümumilikdə 200 baza bəndi yumşaldılma həyata keçirilib.

Bankın proqnozuna görə, Azərbaycanın real ÜDM-i 2025-ci ildə 2 faiz, 2026-cı ildə isə 2,5 faiz artacaq. Enerji qiymətlərində dəyişkənlik və regional geosiyasi risklər əsas təhlükələr olaraq qalır. Eyni zamanda, Avropa İttifaqı ilə enerji əməkdaşlığının genişlənməsi, Orta Dəhlizin inkişafı və ABŞ-ın dəstəklədiyi sülh ölkəyə yeni imkanlar aça bilər.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 “Liverpul”un yeni seçimi bəlli oldu - İraola! 10:17 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Bütün Xəbərlər