"Apple" 2026-cı il üçün böyük yeniliklərə hazırlaşır

"Apple" 2026-cı il üçün böyük yeniliklərə hazırlaşır
23.01.2026 19:30 İKT

Qatlanan iPhone, daha ucuz MacBook, jestləri tanıyan AirPods və dizaynı yenilənən Apple Watch — 2026-cı ildə Apple ekosistemində ciddi dəyişikliklər gözlənilir.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Apple-ın 2026-cı ildə təqdim edəcəyi məhsullarla bağlı şayiələr texnologiya dünyasında böyük maraq doğurub.

Rəsmi olmayanan mənbənin məlumatına görə, Apple ilk dəfə payız təqdimatında baza iPhone modelini buraxmaya bilər. Tədbirdə yalnız iPhone 18 Pro və qatlanan iPhone Fold-un təqdim ediləcəyi iddia olunur.

Standart iPhone 18 modelinin isə daha büdcəli iPhone 18e ilə birlikdə 2027-ci ilin yazında satışa çıxarılması ehtimal edilir.

2026-cı il “iPhone mövsümü” iPhone 17e modeli ilə başlayacaq. V159 kod adlı bu cihaz iPhone 16e-nin dizaynını saxlayacaq, lakin əsas çatışmazlıqlar aradan qaldırılacaq. Xüsusilə, MagSafe simsiz şarj dəstəyinin geri qayıdacağı və şarj gücünün əhəmiyyətli dərəcədə artırılacağı bildirilir. Modelin A19 çipi və Apple-ın ikinci nəsil C1X modemi ilə təchiz olunacağı gözlənilir.

Payız təqdimatının əsas yeniliklərindən biri iPhone 18 Pro və Pro Max olacaq. Bu modellərdə Face ID texnologiyasının tamamilə ekran altına yerləşdiriləcəyi, beləliklə Dynamic Island dövrünün başa çatacağı iddia edilir. Yeni flaqmanlar mexaniki diafraqmalı 48 MP əsas kamera və 2 nanometrlik A20 Pro çipi ilə təchiz olunacaq.

Ən çox diqqət çəkən məhsul isə qatlanan iPhone Fold olacaq. Açıq vəziyyətdə planşeti xatırladan bu cihazın multimedia və peşəkar istifadə üçün nəzərdə tutulduğu bildirilir.

iPad xəttində də yeniliklər gözlənilir. Baza iPad A18 çipi alaraq ilk dəfə Apple Intelligence funksiyalarını dəstəkləyə bilər. iPad Air modellərinin isə daha güclü çiplər və yüksək tezlikli OLED ekranlarla yenilənəcəyi iddia olunur. Payızda təqdim ediləcəyi gözlənilən iPad Pro modelləri isə M5 çipi ilə işləyəcək.

Apple Watch Series 12-nin dizayn baxımından daha nazik və yüngül olacağı, yeni biometrik sensorlar vasitəsilə sağlamlıq göstəricilərinin ölçülməsini genişləndirəcəyi bildirilir. Watch Ultra modelində də oxşar sensorların yer alacağı gözlənilir.

MacBook xəttində isə ən maraqlı yenilik smartfon çipi ilə işləyəcək büdcəli model olacaq. A18 Pro çipi ilə təchiz ediləcək bu MacBook əsas gündəlik istifadə üçün nəzərdə tutulacaq və Apple-ın ən əlçatan noutbuklarından biri ola bilər.

Qeyd edək ki, bütün bu məlumatlar rəsmi təsdiqini tapmayıb və Apple-ın 2026-cı il strategiyası yalnız təqdimatlar zamanı dəqiqləşəcək.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
04 IYUN 2026
Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Mayda 211 nəfər Azərbaycanın sərhəd rejim qaydalarını pozub 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 “Liverpul”un yeni seçimi bəlli oldu - İraola! 10:17 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 Bütün Xəbərlər