Müdafiə nazirinin müavinləri "Dubay Aviaşou - 2025" sərgisində iştirak etdilər

Müdafiə nazirinin müavinləri "Dubay Aviaşou - 2025" sərgisində iştirak etdilər
21.11.2025 12:51 Hərbi

Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov "Dubay Aviaşou - 2025" aviasiya sərgisində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə nazirinin müavinləri müxtəlif dövlət rəsmiləri və beynəlxalq şirkətlərin nümayəndələri ilə birgə tədbirin rəsmi açılış mərasimində iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti dünyanın aparıcı beynəlxalq şirkətlərinin təmsil olunduğu sərgidə təqdim edilən hərbi aviasiya, qlobal aeronavtika, süni intellektlə dəstəklənən innovasiyalar və kosmik tədqiqatlarla tanış olub.

Səfər çərçivəsində bir sıra şirkət rəhbərləri ilə görüşlər keçirilir, hərbi-texniki əməkdaşlığa dair maraq doğuran məsələlər müzakirə olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "MİRAS Hərbi-Sənaye Şirkəti" MMC sərgidə ilk dəfə olaraq Azərbaycanı stendlə təmsil edib.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Bütün Xəbərlər