Azərbaycan və BƏƏ hərbçilərinin birgə təliminin məşqləri başladı

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təliminin məşqləri başladı
31.01.2026 10:00 Hərbi

Əbu-Dabidə Azərbaycan Ordusu ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə keçiriləcək "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təliminin hazırlıq məşqləri başlayıb.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, daha sonra isə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, mərhələlər üzrə fəaliyyət planı və icra olunacaq tapşırıqlar barədə ətraflı brifinq təqdim edilib.

Təlim yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçiriləcək. Təlim planına uyğun olaraq dağlıq ərazidə fəaliyyət göstərən qanunsuz silahlı dəstələrin aşkar edilərək zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərinin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetiriləcək.

Qeyd edək ki, "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimi 2-3 fevral tarixlərində keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Bütün Xəbərlər