Sabiq rəisinin məhkəməsi başladı

Sabiq rəisinin məhkəməsi başladı
16.04.2026 12:45 Hadisə

Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Sabir Abdinov vəsatət verib. Bildirib ki, müvəkilinin 4500 manat rüşvət almaqda ittiham olunduğu hissə ittiham aktından xaric olunmalıldır. Çünki Rasim Həsənov həmin vaxt nə Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi, nə də komissiyanın üzvü olub. O, həmçinin müvəkkilinin himayəsində azyaşlı övladının olduğunu, səhhətində problem olmasını əsas gətirərək onun ev dustaqlığına buraxılmasını xahiş edib.

Dövlət ittihamçısı ev dustaqlığı vəsatətinin təmin edilməməsini, digər vəsatətin isə məhkəmənin baxış iclasında baxılmalı olduğunu bildirib.

Məhkəmə ev dustaqlığı vəsatətinin təmin edilməməsi, digər vəsatətin baxılmamış saxlanılması, işin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası aprelin 23-nə təyin olunub.

Məlumata görə, Həsənov Rasim Əlövsət oğlunun Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi vəzifələrində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Rasim Həsənovun 2021-2025-ci illərdə sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasim Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

(APA)

TodayPress TV

PHOTOS

Sabiq rəisinin məhkəməsi başladı — 1
NEWS FEED
01 JUNE 2026
184 dərmanın qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 All News