ƏDV-nin ləğvi qiymətlərə necə təsir edəcək?
"Əlavə dəyər vergisinin (ƏDV) ləğvi həm qiymətlərin enməsinə, həm də gələcəkdə qiymət artımının qarşısının alınmasına təsir göstərə bilər".
Bu fikirləri TodayPress TV-yə açıqlamasında iqtisadçı Emin Qəribli deyib.

Onun sözlərinə görə, ƏDV üzərində işləmək lazımdır və burada diferensiasiya aparılmalıdır:
"Bəzi məhsullar üzrə ƏDV dərəcəsi azaldıla bilər və müəyyən məhsullar ƏDV-dən azad edilə bilər. Elə məhsullar var ki, buna ehtiyac duyulur. Həmçinin ƏDV-nin bəzi məhsullara müəyyən güzəştlərlə tətbiq olunmasına ehtiyac var".
İqtisadçı əlavə edib ki, bu da, təbii ki, həm sahənin inkişafına töhfə verə, həm də qiymət artımının qarşısını ala bilər:
"Xüsusilə dərman məhsullarının qiymətində dəyişikliklər baş verə bilər. Vergi siyasəti düzgün qurulduğu halda həm bazarda canlanma yarada, həm də istehlakçılar üçün əlavə maliyyə yükünün azalmasına səbəb ola bilər".
Türkan İsgəndərli