Adamın gərək “naxış”ı ola - Mənasız bayram polemikaları...

Adamın gərək “naxış”ı ola - Mənasız bayram polemikaları...
19.03.2026 14:00 Gündəm

Bayramın bayrama qarışdığı gündə sosial şəbəkədə xanımlardan birinin paylaşdığı əcaib bir post qarşıma çıxdı. Xanım postda səliqəsiz şəkildə kəsilmiş bir paxlavanın fotosunu paylaşaraq bunları yazmışdı:

“Bir qadının bacarığı, əl səliqəsi bu olmalıdırmı? Yəni qadın özünə yetəcək qədər əl qabiliyyətinə malik olmamalıdırmı?”.

Əslində bu postu qarşı cinsdən biri paylaşsa idi, haradasa başa düşmək olardı. O mənada ki, qadın-kişi qarşıdurmaları, ittihamları cəmiyyətdə hər zaman olub. Çoxu da bu mövzunun üzərindən prim qazanıb. Amma bu xanımın postu başqadır. Çünki burada artıq “tənqidi” qarşı tərəfdən yox, elə eyni tərəfdən biri edir.


Biz cəmiyyət olaraq artıq xeyli müddətdir ki, qadını kişi ilə müqayisə edirik. Bəlamız odur ki, ya bu iki cinsi bərabərləşdirməyə çalışırıq, ya da birini digərindən üstün tuturuq. Görünən odur ki, bizim cəmiyyət üçün orta hədd anlayışı demək olar ki, yoxdur. Biz ya kökündən vururuq, ya da heç gövdəyə belə toxunmuruq. Bu mövzuda isə artıq xeyli müddətdir ki, dibə vurmuşuq. 

Kapitalizmin bizə aşıladığı dəyərlər bizi məcbur edir ki, kapitalı önə çəkək. Bizim üçün əvvəl “kapital”gəlir. İnsanların dəyəri, funksiyası, hətta xoşbəxtliyi belə çox vaxt qazancı ilə ölçülür. Bu düşüncə isə həyatın digər sahələrində olduğu kimi, ailə məsələlərində də özünü göstərir. 

Qadınların iş həyatına atıldığı ilk günlərdən indiyə qədər uzun və çətin bir yol qət olunub. Bu yolda əzilən də olub, üzülən də, mübarizə aparan da. Və nəhayət gəlib bu günlərə çıxılıb.  


İndi çalışan qadınlar əvvəlki illərlə müqayisədə daha çoxluq təşkil edir. Əvvəllər çalışmaq qadın üçün seçim idisə, indi bu, zərurətə çevrilib. Artan həyat xərcləri, iqtisadi reallıqlar, ailə büdcəsinin yükü bunu qaçılmaz edir. Bu günə olan valyuta məzənnələrindən xəbərsiz olanlar bəlkə də bunu başa düşməyəcəklər, amma, ay camaat, reallıq dəyişib...

Əvvəl qadına evinin xanımı olmaq öyrədilirdisə, indi ondan həm işinin “kişisi”, həm də evinin “xanımı” olması tələb olunur. Qadın işləyir – bu, əlbəttə ki, müsbət haldır. Amma məsələ burasındadır ki, onun üzərindən köhnə gözləntilər götürülməyib. Əksinə, yeni rollar əlavə olunub. Poetik desək, indi qadınlara bir filmdə iki yox, bəzən üç-dörd rol həvalə olunur.    

Fikir vermişəm, xüsusilə bayram dönəmlərində bu cür polemikalar daha da artır. Qadınlar qadınlardan səliqə tələb edir. Qayınana gəlindən, gəlin baldızdan, ana qızdan, nənə anadan. Sanki görünməz bir “standart” var və hər kəs ona uyğun olmalıdır. Məsələ nədir? Şəkərburanın naxışı niyə düz çıxmadı? Paxlava niyə səliqəli kəsilmədi? Kənarları niyə eyni deyil? 

Bəs bu sualların arxasında duran daha böyük sual niyə verilmir?

Gününün böyük hissəsini işdə keçirən, fiziki və psixoloji olaraq yorulan bir qadından niyə hələ də mükəmməl evdar qadın performansı gözlənilir? Niyə onun zəhməti, yorğunluğu, məsuliyyəti yox, yalnız nəticənin “estetikası” müzakirə olunur? 


Əslində məsələ şəkərburaya necə naxış vurulması deyil. Məsələ bizim nəyi prioritet hesab etməyimizdir. Biz insanın əməyini, zəhmətini, gündəlik mübarizəsini deyil, onun təqdim etdiyi “görüntünü” qiymətləndiririk. Bu isə bizi getdikcə daha səthi və daha sərt bir cəmiyyətə çevirir.   

Bəzən düşünürəm ki, qadınlardan mükəmməllik tələb etməklə onları ancaq yormaq olar. Çünki bu gözləntilər real deyil. Real olmayan gözləntilər isə yalnız problemlər yaradır.  

Bəlkə də artıq bəzi şeyləri dəyişməyin vaxtıdır. Bəlkə də qadının paxlava kəsmək bacarığını yox, həyatın ağırlığını necə daşıdığını qiymətləndirməyi öyrənməliyik. Bəlkə də “əl qabiliyyəti” dediyimiz anlayışı bir az genişləndirməliyik – yalnız xəmir yoğurmaq yox, həyat qurmaq, problem həll etmək, ailə saxlamaq da bacarıqdır.

Və ən əsası, bəlkə də bir-birimizi daha az mühakimə edib, daha çox anlamağa çalışmalıyıq.  

Çünki məsələ naxışda deyil.      

Məsələ o naxışı çəkməyə vaxtı və gücü qalan insanın olub-olmamasındadır. Gündəlik həyatda gördüyüm yarıyuxulu qalxıb işə gedən, axşam ağır torbalarla evinə dönən xanımlardan bir də naxış tələb etmək haradan baxsaq, hansısa suveren ölkənin ərazisini işğal etməyə çalışmaq cəhdi qədər təhlükəlidir.  

Bütün hallarda adamın gərək “naxış”ı ola… 


Günəş Mərd

NEWS FEED
01 JUNE 2026
Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 All News