Zelenski G7 sammitində Trampla mühüm söhbətə ümid edir

Zelenski G7 sammitində Trampla mühüm söhbətə ümid edir
13.06.2025 00:14 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 15-17-də keçiriləcək “Böyük yeddilik” (G7) sammiti çərçivəsində Amerika lideri Donald Trampla görüşəcəyinə və əlavə anti-Rusiya sanksiyalarının tətbiqini müzakirə edəcəyinə ümid edir.

TodayPress TV “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Zelenski Almaniyanın müdafiə naziri Boris Pistoriusla keçirdiyi brifinqdə bildirib.

“Bu sanksiyalar paketi (Qrem-Blyumental qanun layihəsi) bizim üçün çox vacibdir. Biz bunu müzakirə etdik, onlar bizə gəldi, buna çox müsbət yanaşırıq. Buna görə onlara həqiqətən minnətdarıq”, - o deyib.

Bununla belə, o qeyd edib ki, yekun qərar hələ də Trampdan asılıdır.

“G7 sammitində söhbət etmək imkanımızın olacağına ümid edirəm. Çox ümid edirəm ki, ona qədər müvafiq qərarlar qəbul edilməsə, ən azı bu qərara nə qədər yaxın olduğumuzu anlaya biləcəyəm. Aİ ölkələri ilə koordinasiya və şanslar paketləri üzrə mövqelərin uyğunlaşdırılmasının davam etməsi vacibdir. Hesab edirəm ki, bu, artıq irəliyə doğru atılmış addımdır”, - Ukrayna lideri əlavə edib.

Zelenski ilə Tramp arasında sonuncu görüş aprelin 26-da Vatikanda baş tutub. Onlar mərhum Roma Papası Fransisklə vida mərasimində iştirak etmək üçün Vatikana getmişdilər. Cəmi 15 dəqiqə davam edən görüş pontifikin dəfn mərasimindən əvvəl Müqəddəs Pyetro bazilikasında baş tutub. Hər iki lider bunu məhsuldar görüş kimi qiymətləndirib.

XƏBƏR LENTİ
03 IYUN 2026
Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 Bütün Xəbərlər