Tramp Hindistanı hədəfə aldı: “Müharibəni maliyyələşdirirlər”

Tramp Hindistanı hədəfə aldı: “Müharibəni maliyyələşdirirlər”
04.08.2025 09:35 Dünya

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Hindistan Rusiyadan neft alaraq Ukraynadakı müharibənin maliyyələşməsinə töhfə verir.

TodayPress TV xəbər verir ki, bu barədə “Fox Business” telekanalına açıqlamasında Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller məlumat verib.

Millerin sözlərinə görə, Tramp bu mövqeyini açıq şəkildə ifadə edib:

“O, vurğuladı ki, Hindistanın Rusiya nefti almaqla bu müharibəni maliyyələşdirməsi qəbuledilməzdir”.

ABŞ lideri Ukrayna münaqişəsinin həlli üçün diplomatik və maliyyə vasitələrini əhatə edən geniş alətlər paketi üzərində düşünür. Trampın tələbi isə Hindistan üçün ciddi iqtisadi risklər yaradır.

“Bloomberg”in yaydığı məlumata əsasən, Hindistanın istehlak etdiyi xam neftin 35-40 faizi Rusiya mənşəlidir. Aşağı qiymətli Rusiya nefti ölkəyə enerji idxal xərclərini azaltmağa, yanacaq qiymətlərini nəzarətdə saxlamağa və inflyasiyanın qarşısını almağa imkan verir. ABŞ-nin təzyiqləri fonunda bu ticarət əlaqələrini dayandırmaq Hindistan üçün milyardlarla dollar zərər deməkdir.

Qiymət Mahir

XƏBƏR LENTİ
02 IYUN 2026
Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 Bütün Xəbərlər