Tramp Britaniyaya gedəcək

Tramp Britaniyaya gedəcək
14.07.2025 10:37 Dünya

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya kralı III Karlın rəsmi dəvətini qəbul edərək 17–19 sentyabr tarixlərində ölkəyə dövlət səfəri edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Bukingem sarayının yaydığı məlumatda deyilir.

Tramp Britaniyaya iki dəfə dövlət səfəri edən ilk ABŞ prezidenti olacaq. İndiyədək heç bir ABŞ lideri - hətta təkrar seçilənlər belə - iki dəfə bu statusda səfərə dəvət edilməyib. Adətən, ikinci müddətində prezidentlər sadəcə çay və ya nahar üçün dəvət olunub.

Tramp ilk dəfə 2019-cu ildə mərhum kraliça II Elizabetin dəvəti ilə Britaniyaya dövlət səfəri etmişdi.

Bu dəfə kral III Karl və kraliça Kamilla Tramp və birinci xanım Melaniyanı təmir işləri səbəbilə Bukingem sarayı yox, Vindzor qalasında qəbul edəcəklər.

Səfər proqramı hələ açıqlanmasa da, rəsmi qarşılanma mərasimi və Vindzordakı Müqəddəs Georgi salonunda şam ziyafəti planlaşdırılır. Mərasimlərdə Uels şahzadəsi və şahzadəsi də daxil olmaqla kral ailəsinin əsas üzvləri iştirak edəcək.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 IYUN 2026
Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Bütün Xəbərlər