İsveç məktəblərində telefon qadağan olunacaq

İsveç məktəblərində telefon qadağan olunacaq
09.09.2025 19:15 Dünya

İsveç hökuməti 2026-cı ildən etibarən ölkədəki məktəblərdə mobil telefonların istifadəsini qadağan etmək qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə İsveçin təhsil naziri Simona Mohamsson ölkənin rəsmi radiosu “SR”-yə açıqlamasında məlumat verib. 

Onun sözlərinə görə, qadağa ibtidai, orta və tam orta məktəblərin (liseylərin) bütün pillələrini əhatə edəcək. 

Nazir qeyd edib ki, qərar 2026-cı ildə qüvvəyə minəcək və telefonlardan istifadə yalnız dərs zamanı deyil, tənəffüslərdə də qadağan olunacaq.

Mohamsson əlavə edib ki, bu təşəbbüsün həyata keçirilməsi üçün hökumət 10 milyon dollar büdcə ayırıb:

“Şagirdlər “TikTok” sosial şəbəkəsində vaxt itirmək əvəzinə, tənəffüslərdə dostları ilə vaxt keçirməyi və ya futbol oynamaqdan zövq almağı öyrənməlidirlər”, - deyə o vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 Bütün Xəbərlər