Avstriya Rusiyaya qarşı sanksiyalar paketini dəstəkləyəcək

Avstriya Rusiyaya qarşı sanksiyalar paketini dəstəkləyəcək
18.10.2025 22:25 Dünya

Avstriya əvvəllər "Raiffeisen Bank International" (RBI) işi ilə bağlı tələblər irəli sürməsinə baxmayaraq, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbuluna mane olmamaq qərarına gəlib.

TodayPress TV -nin məlumatına görə, bu barədə "Reuters" Avstriya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər yayıb.

"Avstriya Rusiyaya qarşı təzyiqlərin davam etdirilməsini dəstəkləyir və bazar ertəsi günü 19-cu sanksiyalar paketini təsdiqləyəcək", - nazirliyin bəyanatında deyilir.

Rəsmi Vyana daha əvvəl Aİ-dən "Rasperia Trading" şirkətinə qarşı sanksiyaların ləğv olunmasını istəyib ki, bu da RBI-yə sanksiya tətbiq edilən şirkətə məxsus olan "Strabag" tikinti şirkətindən 24 % pay almağa imkan verəcək.

Rusiyaya qarşı yeni sanksiyalara bu ölkənin neftinin qiymətinin bir barel üçün tavanının 60 dollardan 47,60 dollara endirilməsi, "Mir" ödəniş sisteminə, 45 Rusiya, eləcə də xarici şirkətə qarşı məhdudlaşdırıcı tədbirlər, bəzi filizlərin, metalların, kimyəvi maddələrin, duzların ixracına qadağa qoyulması və digər maddələr daxildir.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Bütün Xəbərlər