Diaspor Gənclərinin VI Yay Düşərgəsi açıldı - YENİLƏNDİ

Diaspor Gənclərinin VI Yay Düşərgəsi açıldı - YENİLƏNDİ
04.08.2025 13:51 Diaspor

Xankəndi şəhərində Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, mərasimdə Yay düşərgəsinin müxtəlif ölkələrdən gəlmiş iştirakçıları, rəsmi şəxslər və müxtəlif qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, 2023-cü ildə Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarından sonra Xankəndi şəhəri və ətraf yaşayış məntəqələri işğaldan azad olunub.

Qeyd olunub ki, hazırda Ağdərə rayonunun Suqovuşan, Həsənriz və Talış kəndlərinə eləcə də Xocalı şəhəri və rayonun Balllca, Təzəbinə, Xanyurdu kəndlərinə keçmiş məcburi köçkünlərin bir qisminin qayıdışı təmin edilib və bu kəndlərə həyat yenidən qayıdıb. İşlər köç planına uyğun olaraq mərhələli şəkildə icra edilməkdədir.

Bildirilib ki, 2025-ci ilin köç planına əsasən, 18 yaşayış məntəqəsinə, o cümlədən Xocalı rayonunun 11 kəndinə ( Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad, Şuşakənd, Almalı, Mehdibəyli və Çanaqçı), Ağdərə rayonunun 7 kəndinə (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Çapar və Aşağı Oratağ) əhalinin köçü ilə bağlı təmir-bərpa işləri aparılacaq. Bu kəndlər üzrə əhalinin köçü ilə bağlı müvafiq işlərə artıq başlanıb. Nəticədə qeyd olunan kəndlər üzrə 6 min 400-ə yaxın keçmiş məcburi köçkünün məskunlaşması təmin edilib. Hazırda növbəti illər üçün bu və digər yaşayış məntəqələri üzrə köç planın tərtib olunması və bunla bağlı aidiyyətı istiqamətlərdə müvafiq işlər aparılır.

Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi avqustun 9-dək davam edəcək. Tədbirə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən dövlətlərin gəncləri qatılıblar.

Düşərgənin proqramına uyğun olaraq, iştirakçılar Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat alacaq, rəsmi şəxslər və diplomatlarla, müxtəlif sahələr üzrə ekspertlərlə, şəhid ailələrinin üzvləri və qazilərlə görüşəcək, Qarabağla daha yaxından tanış olacaq, Ana dili dərslərində, əyləncəli proqramlarda və intellektual oyunlarda iştirak edəcəklər.

Qeyd edək ki, bu günə kimi düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub. Düşərgələrin təşkilat komitəsinə hər il 60-dan çox ölkədən ümumilikdə 3 mindən artıq müraciət edilib. Müraciət edənlərin 700-dən çoxu yay düşərgələrinin iştirakçısı olub.

***

10:52

Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimi keçirilir.

TodayPress TV xəbər verir ki, açılış mərasimində rəsmi şəxslər, görkəmli ziyalılar, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi avqustun 9-dək davam edəcək. Tədbirə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gəncləri qatılıb.

Düşərgənin proqramı olduqca zəngindir. İştirakçılar dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat alacaq, rəsmi şəxslər və diplomatlarla, müxtəlif sahələr üzrə ekspertlərlə, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə görüşəcək, Qarabağla daha yaxından tanış olacaq, Ana dili dərslərində, əyləncəli proqramlarda və intellektual oyunlarda iştirak edəcəklər.

Qeyd edək ki, Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsi həm ölkə daxilində, həm də diaspor arasında böyük marağa səbəb olub və nüfuz qazanıb. Yay düşərgələrinə ildən-ilə daha böyük maraq göstərilməsi bunun bariz nümunəsidir.

Bu günə kimi Düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub. Düşərgələrin təşkilat komitəsinə hər il 60-dan çox ölkədən ümumilikdə 3 mindən artıq müraciət edilib və müraciətçilərin 700-dən çoxu yay düşərgələrinin iştirakçısı olub.

XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər