Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı

Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı
31.05.2026 12:05 İdman

Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kubokuna start verilib.

TodayPress TV xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi bir qızıl medal qazanıb.

-66 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev bütün rəqiblərinə qalib gələrək çempion olub. Cüdoçumuz finaladək Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb.

Məhəmməd həlledici görüşdə Serbiya idmançısı Marko Yorqiçi ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Aktivində 1 qızıl medal olan milli komandamız medal sıralamasında oğlanlar arasında birinci, ümumi hesabda isə 5-ci pillədə qərarlaşıb.

TodayPress TV

FOTOLAR

Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı — 1
Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı — 2
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər