İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı
Ermənistan Hərbi Hava Qüvvələrinin arsenalında olan “Su-30SM” qırıcı təyyarələrinin silahlanmasının gücləndirilməsi ilə bağlı məlumatlar yayılıb.
TodayPress TV-nin məlumatına görə, İrəvan sözügedən təyyarələr üçün 120 kilometrədək məsafədə yerləşən hədəfləri vurmaq imkanına malik “Yasin” idarəolunan sursatlarını əldə edib.
Hərbi ekspertlər bildirirlər ki, bu tip sursatların istifadəsi qırıcıların zərbə imkanlarını artıraraq pilotlara hədəfə yaxınlaşmadan əməliyyat aparmaq imkanı yaradır. Bu isə döyüş şəraitində həm təyyarənin təhlükəsizliyini yüksəldir, həm də uzaq məsafədən dəqiq zərbələrin endirilməsini mümkün edir.
Qeyd edək ki, son illərdə Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi istiqamətində müxtəlif ölkələrdən yeni silah və hərbi texnika əldə etməsi regionda diqqətlə izlənilən proseslərdən biridir. Mütəxəssislər hesab edirlər ki, Cənubi Qafqazda hərbi balansla bağlı hər bir yeni addım regional təhlükəsizlik mühitinə təsir göstərə bilər.
Xatırladaq ki, bu məlumatların rəsmi mənbələr tərəfindən təsdiqlənməsi və sursatların faktiki olaraq hansı sayda əldə edildiyinin dəqiqləşdirilməsi vacib olaraq qalır.