“Susmayan həqiqətlər” sərgisinə yekun vuruldu

“Susmayan həqiqətlər” sərgisinə yekun vuruldu
31.03.2026 17:46 Cəmiyyət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ombudsman Aparatında tarixən azərbaycanlılara qarşı yürüdülmüş soyqırımı və etnik təmizləmə siyasətinə dair tarixi faktları özündə əks etdirən “Susmayan həqiqətlər” sərgisinə yekun vurulub.

TodayPress TV xəbər verir ki, tədbirdə Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə çıxış edərək, Ombudsman tərəfindən təşkil edilmiş “Susmayan həqiqətlər” sərgisinin azərbaycanlılara qarşı törədilmiş soyqırımı və etnik təmizləmə cinayətlərinə dair tarixi faktların beynəlxalq ictimaiyyətə çatdırılması və bu həqiqətlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli çıxış edib, Ermənistan tərəfindən azərbaycanlılara qarşı uzun illər ərzində həyata keçirilmiş deportasiya və etnik təmizləmə siyasətindən, xüsusilə indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycandan yüz minlərlə soydaşımızın zorla çıxarılmasından danışıblar.

Tədbirin yekununda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bəyanatı səsləndirilib. Bəyanatda Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən ilk dəfə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün elan edilməsi ilə həmin hadisələrə siyasi qiymətin verildiyi vurğulanıb.

Qeyd edək ki, martın 2-dən martın 31-dək davam etmiş “Susmayan həqiqətlər” sərgisində nümayiş olunan nəşrlər, eləcə də arxiv sənədləri, fotoşəkillər və digər materiallar yerli və xarici qonaqların böyük maraqla qarşılanıb. İştirakçılar sərginin xatirə dəftərinə öz təəssüratlarını qeyd ediblər.

TodayPress TV

PHOTOS

“Susmayan həqiqətlər” sərgisinə yekun vuruldu — 1
NEWS FEED
01 JUNE 2026
184 dərmanın qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 All News