19 May - Türkiyədə Atatürkü anma, Gənclik və İdman Günüdür

19 May - Türkiyədə Atatürkü anma, Gənclik və İdman Günüdür
19.05.2025 11:15 Cəmiyyət

Bu gün Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günüdür. 

TodayPress TV xəbər verir ki, bayramın qeyd olunması ölkədə 1919-cu il mayın 19-da Milli İstiqlal Müharibəsinin başladığı tarixlə əlaqədardır.

Birinci Dünya müharibəsindən sonra vəziyyəti gərginləşən Türkiyə çıxış yolları axtarmağa başlayır. Bu zaman Atatürkün siyasi arenaya gəlməsi və qurtuluş üçün yol açır.

Mayın 16-19-da İstanbul-Samsun səfəri qurtuluş üçün atılan ilk addımın simvolu kimi qəbul olunur.

Atatürk İstanbuldan Samsuna etdiyi səfər zamanı əsgər olduğu üçün əsgər paltarında səfər edir.

Ancaq Samsuna çatdıqdan bir neçə gün sonra sivil formaya keçir. Atatürk Samsuna çatanda gördüyü mənzərə ürəkaçan olmur.

Şəhərdə İngiltərə ordusunun özbaşınalığı hökm sürürdü və xalq özünü müdafiə edə bilməyəcək vəziyyətdə idi.

Atatürk bu səfər zamanı dayanmadan çıxış yolları axtarmağa başlayır. Bu səfər milli mübarizənin başlanğıcı olur və Atatürk bu günü gənclərə ithaf edir. Atatürk xalqı irəli aparanların və köhnəlmiş fikirlərə qarşı çıxanların gənc fikirli olduğunu gördüyünü bildirir.

“Gənc fikirli olmaq, doğrunu görmək və həqiqətən anlamaq deməkdir” deyə Atatürk bildirir. Milli mübarizəni daha sağlam başlamaq və davam etmək üçün gənc fikirlərin önəmli olduğunu əsas tutan lider, elə milli mübarizənin başlanğıcını da “gənc fikirlərə” yəni gənclərə həsr edir.

Qeyd edək ki, bugünə qədər 19 May – Atatürkü anma, Gənclər və İdman Günü Türkiyədə böyük təntənə ilə qeyd edilir.

Bu bayramın adı indiyə qədər üç dəfə dəyişilib.

1935-ci ildə bayram Atatürk günü kimi tarixə düşsə də, 1938-ci ildə Atatürkün əmri ilə Gənclik və İdman Bayramı adı verilib.

1981-ci ildən isə bayram Atatürkü Anma, İdman və Gənclik bayramı adlandırılır.

XƏBƏR LENTİ
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 Bütün Xəbərlər