Prezident Somalinin yeni səfirini qəbul etdi - YENİLƏNDİ

Prezident Somalinin yeni səfirini qəbul etdi - YENİLƏNDİ
14.04.2026 13:09 Xarici siyasət

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib.

TodayPress TV xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Qəbula görə minnətdarlığını bildirən Abdinur Dahir Fidou Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Hasan Şeyx Mahmuda çatdırmağı xahiş etdi.

Dövlət başçısı ötən il ölkələrimiz arasında dostluq münasibətlərində yeni səhifə açmış Somali Prezidentinin Azərbaycana rəsmi səfərini xatırladaraq, həmin səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını, əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra sənədlərin imzalandığını vurğuladı.

Azərbaycan Prezidenti ölkələr arasında yaxşı siyasi münasibətlərin olduğunu deyərək, iqtisadi əməkdaşlığı genişləndirməyin önəminə toxundu.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Somalinin Azərbaycanda səfiri təyin olunmasından məmnunluğunu bildirən Abdinur Dahir Fidou ölkələrimiz arasında münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.

Söhbət zamanı ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, son dövrlərdə təmasların intensivləşdiyi və qarşılıqlı səfərlərin sayının artdığı vurğulandı.

Görüşdə iqtisadiyyat, ticarət və digər sahələrdə əlaqələri genişləndirmək üçün yaxşı potensialın olduğu bildirildi.

Somali Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış sənədə əsasən, bu ölkədə "ASAN xidmət" təcrübəsinin tətbiqi ilə bağlı işlərin davam etdirildiyi vurğulandı.

Elm və təhsil sahələrində əməkdaşlığa toxunuldu, hələ sovet dövründə Somalidən çoxsaylı tələbənin ölkəmizdə təhsil aldığı və bu ənənənin hazırda da davam etdiyi qeyd olundu. Bu xüsusda Somalidən olan tələbələrin Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil aldıqları bildirildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

TodayPress TV

***

12:24

Prezident İlham Əliyev aprelin 14-də Somali Federativ Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

FOTOLAR

Prezident Somalinin yeni səfirini qəbul etdi - YENİLƏNDİ — 1
Prezident Somalinin yeni səfirini qəbul etdi - YENİLƏNDİ — 2
Prezident Somalinin yeni səfirini qəbul etdi - YENİLƏNDİ — 3
Prezident Somalinin yeni səfirini qəbul etdi - YENİLƏNDİ — 4
Prezident Somalinin yeni səfirini qəbul etdi - YENİLƏNDİ — 5
Prezident Somalinin yeni səfirini qəbul etdi - YENİLƏNDİ — 6
XƏBƏR LENTİ
04 IYUN 2026
Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi Paşinyana 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Bütün Xəbərlər