Prezident İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi

Prezident İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi
23.02.2026 11:21 Xarici siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya İmperatoru Əlahəzrət Naruhitonu təbrik edib.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

"Əlahəzrət,

Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Yaponiya xalqına daim firavanlıq və rifah diləyirəm".

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər