Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəldi
Xarici siyasət
02.02.2026 16:32
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.
TodayPress TV xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşıladı.
tag: Prezident,İlham Əliyev,BƏƏ,Görüş,todaypress.tv,
