"Paşinyan Ermənistanı Azərbaycanla barışığa gətirib" - Təl-Əvivdən İrəvan seçkilərinə reaksiya
"Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə və əməkdaşlığın inkişafına töhfə verəcək".
TodayPress TV xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar "X" sosial şəbəkə Ermənistanın Baş naziri Nikol Paşinyanın partiyasının seçkilərdəki qələbəsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Paşinyan öz ölkəsini sülh yoluna yönəldib və Azərbaycanla barışığa gətirib çıxarıb ki, bu da regional sabitliyin, eləcə də əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.
Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim "Vətəndaş müqaviləsi" partiyası iyunun 7-də keçirilən parlament seçkilərində səslərin 49,825 %-ni toplayaraq qalib gəlib. Bu göstərici partiyaya yeni hökuməti formalaşdırmağa imkan verir.