Murad Muradov Ermənistanda beynəlxalq tədbirdə iştirak edir
Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Ermənistana səfər edib.
TodayPress TV xəbər verir ki, bu barədə Mərkəzdən APA-ya verilən məlumata görə, Murad Muradov İrəvanda NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarında iştirak edir.
Onun tədbir çərçivəsində müzakirə panellərinin birində Azərbaycan-Ermənistan sülh prosesi və regional dinamika haqqında çıxış etməsi gözlənilir.