Minskdə Azərbaycan və Belarus baş nazirləri görüşdü

Minskdə Azərbaycan və Belarus baş nazirləri görüşdü
30.09.2025 17:43 Xarici siyasət

Azərbaycanın Baş naziri Əli Əsədov Minskdə belaruslu həmkarı Aleksandr Turçinlə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Tərəflər dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edib və iki ölkənin prezidentlərinin birgə səyləri nəticəsində qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafını vurğulayıblar.

Onlar iqtisadi-ticari və investisiya qarşılıqlı fəaliyyəti, sənaye kooperasiyası, o cümlədən kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycan və Belarus dövlət başçılarının tapşırıqlarının icrasına xüsusi diqqət yetirilib, əldə olunmuş razılaşmalar çərçivəsində hazırlanmış bir sıra layihələrin həyata keçirilməsinin gedişi yüksək qiymətləndirilib.

TodayPress TV

FOTOLAR

Minskdə Azərbaycan və Belarus baş nazirləri görüşdü — 1
Minskdə Azərbaycan və Belarus baş nazirləri görüşdü — 2
Minskdə Azərbaycan və Belarus baş nazirləri görüşdü — 3
XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər