Kapadokyada möhtəşəm mənzərə: Azərbaycan bayrağı 108 hava şarı ilə göylərə ucaldı!
Türkiyənin turistik Kapadokya bölgəsinin səmasında Azərbaycanın 28 May – Müstəqillik Günü və 15 İyun – Milli Qurtuluş Günü" münasibətilə proqram təşkil olunub.
TodayPress TV xəbər verir ki, "İsti Hava Şarlarının Uçuş Proqramı" çərçivəsində 108 şar havalandırılıb.
Azərbaycan bayrağının Kapadokya səmasında dalğalandığı anlar bölgədəki yerli və xarici turistlər, eləcə də dəvətlilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.