İsxak Hersoq Prezident İlham Əliyevi təbrik etdi

İsxak Hersoq Prezident İlham Əliyevi təbrik etdi
26.05.2026 17:55 Xarici siyasət

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

İsrail Dövləti və vətəndaşları adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Qoy qürur duyduğumuz bu bayram günü dövlətiniz və xalqınız üçün daha bir sülh, rifah ilinin başlanğıcı olsun!

Azərbaycanla strateji cəhətdən həyati əhəmiyyətli və fəal inkişaf edən əlaqələrimiz İsraildə yüksək dəyərləndirilir. Bu, təkcə siyasətlə məhdudlaşmır, xalqlarımız arasında səmimi dostluq münasibətləri də mövcuddur.

Sizi dost adlandırmaq mənim üçün xüsusi şərəfdir və mən açıq, səmimi dialoqumuza böyük dəyər verirəm. İlin əvvəlində Davosda Sizi görmək fürsətini səmimi-qəlbdən qiymətləndirirəm.

Ortaq bölgəmizdə bir çox çətinliklər var və Azərbaycan ilə İsrail bu mürəkkəb mühitdə sabitliyin iki lövbəri rolunu oynayır. Bundan başqa, mən qəti şəkildə inanıram ki, sıx, ikitərəfli əlaqələrimiz Avrasiyada bir çox digər iştirakçılara müsbət təsir göstərir.

Bu baxımdan, iqtisadi əməkdaşlığımızda, xüsusilə də enerji sahəsində nail olduğumuz əhəmiyyətli irəliləyişlər barədə məlumat əldə etməkdən çox məmnun oldum. Ümid edirəm ki, əlaqələrimiz növbəti ildə də möhkəmlənməyə davam edəcək.

Qoy qarşıdan gələn il böyük Azərbaycan dövləti və onun xalqı üçün davamlı uğurlar və tərəqqi ili olsun!"

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
“Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Bütün Xəbərlər