İlham Əliyev Moldova Prezidenti ilə görüşdü - YENİLƏNDİ

İlham Əliyev Moldova Prezidenti ilə görüşdü - YENİLƏNDİ
17.04.2026 12:56 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Antalyada Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.

TodayPress TV xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə Maya Sandunun Azərbaycanda və Moldovada, həmçinin beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlər məmnunluqla xatırlandı.

Azərbaycan-Moldova münasibətlərinin perspektivləri müzakirə olundu, əlaqələrimizin inkişaf etdiyi vurğulandı, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından roluna toxunuldu.

Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı. Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycan tərəfindən nümayiş olunan dəstək bir daha yüksək qiymətləndirildi.

Maya Sandu vurğuladı ki, Moldovada yaşayan Azərbaycan icması ictimai-siyasi həyatda fəal iştirak etməklə bu ölkənin inkişafına öz töhfəsini verir.

Görüşdə dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.

TodayPress TV

***

11:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Antalyada Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

FOTOLAR

İlham Əliyev Moldova Prezidenti ilə görüşdü - YENİLƏNDİ — 1
İlham Əliyev Moldova Prezidenti ilə görüşdü - YENİLƏNDİ — 2
XƏBƏR LENTİ
03 IYUN 2026
Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 "Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək 18:07 Avropanın nəhəngləri Vlahoviç uğrunda yarışa qoşuldu 17:47 Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Bütün Xəbərlər