Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini ilə görüşdü

Xarici siyasət

18.04.2026 12:11

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə görüşüb.

TodayPress TV xəbər verir ki, o bu barədə "X" sosial media hesabında yazıb.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan–Venesuela münasibətləri və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanları üzrə məhsuldar fikir mübadiləsi aparılıb.

TodayPress TV

tag: Hikmət Hacıyev,Andrea Corao Faria,Antalya Diplomatiya Forumu ,Azərbaycan ,TodayPress TV,