Hikmət Hacıyev delimitasiya olunmuş sərhəddən Ermənistana daxil olub

Hikmət Hacıyev delimitasiya olunmuş sərhəddən Ermənistana daxil olub
14.06.2026 22:06 Xarici siyasət

Ermənistan Təhlükəsizlik Şurası katibinin ofisi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və onu müşayiət edən nümayəndə heyətinin delimitasiya və demarkasiya olunmuş quru sərhədindən Ermənistana daxil olduğunu açıqlayıb.

TodayPress TV xəbər  verir ki bu barədə məlumatı Ermənistan mediası yayıb.

Məlumata görə, nümayəndə heyəti sərhəddə bütün müvafiq prosedurlardan keçib.

Bildirilib ki, səfər çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan ilə görüş keçirilib.

Görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh gündəliyinə aid məsələlər müzakirə olunub.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər