Hikmət Hacıyev: "Bakı-İrəvan münasibətlərinin normallaşması üçün addımlar atılır"

Hikmət Hacıyev: "Bakı-İrəvan münasibətlərinin normallaşması üçün addımlar atılır"
18.05.2025 16:55 Xarici siyasət

Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”ə müsahibəsində deyib.

"Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmaqdadır. Cənubi Qafqaz regionunda məhz Azərbaycan Respublikasının yürütdüyü siyasət nəticəsində torpaqlar işğaldan azad olundu, Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi. Regionda sülh üçün çox yaxşı, münbit şərait yaranıb. Cənubi Qafqaz regionunda yeni status-kvo, yeni reallıq yaranıb ki, bu yeni status-kvo da artıq işğala, təcavüzə deyil, beynəlxalq hüququn norma və prinsiplərinə, legitimliyə, qanuniliyə əsaslanan münasibətlərdir" o vurğulayıb.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər