Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edildi - FOTO
Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "X" hesabında paylaşım edib.
"Müsəlman Şərqinin ilk parlament demokratiyası - Azərbaycan Demokratik Respublikasının banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını diplomatik heyət və icma üzvləri ilə birgə ziyarət etdik. Azərbaycan uğrunda mübarizə aparan Vətən övladlarını hörmətlə yad edirik!", - deyə o qeyd edib.
Müsəlman Şərqinin ilk parlament demokratiyası - Azərbaycan Demokratik Respublikasının banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını diplomatik heyət və icma üzvləri ilə birgə ziyarət etdik.#Azərbaycan uğrunda mübarizə aparan Vətən övladlarını hörmətlə yad edirik! pic.twitter.com/MtShHpYTSr
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) May 27, 2026