Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi
Xarici siyasət
19.03.2026 17:25
Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirliyində başsağlığı verib.
TodayPress TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Ə.Əsədov səfirliyə gedərək Bütün Gürcüstanın Katalikos-Patriarxı, görkəmli din xadimi II İliya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı kitabına ürək sözlərini qeyd edib.
tag: Əli Əsədov,Baş Nazir,Gürcüstan ,Səfirlik,Todaypress.tv,
