Dmitri Pineviç: “Tarixi yaddaş Belarus–Azərbaycan münasibətlərinin mühüm sütunudur”

Xarici siyasət

17.12.2025 17:16

“2025-ci il Böyük Vətən müharibəsində qazanılmış ümumi Qələbənin 80 illiyi baxımından həm Belarus, həm də Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”.

TodayPress TV xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Diplomat bildirib ki, Azərbaycan nümayəndələri Minsk şəhərində keçirilən yubiley tədbirlərində fəal iştirak ediblər. Onun sözlərinə görə, əlamətdar tarix münasibətilə iki fundamental kitab nəşr olunub və müəlliflər həmin əsərləri təqdim ediblər.

Səfir qeyd edib ki, akademik Ziyad Əliyev Səmədzadə “Bakı nefti – faşizm üzərində Qələbənin açarı” adlı elmi əsərini, jurnalist Fuad Hüseynzadə isə “Böyük Qələbənin varisləri” kitabını təqdim edib. Bu nəşrlər ümumi tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Diplomat vurğulayıb ki, Belarusda faşizmdən azadlıq uğrunda döyüşlərdə iştirak etmiş azərbaycanlı qəhrəmanların xatirəsi daim böyük ehtiramla yad olunur və bu, xalqlarımız arasında tarixi bağların möhkəmliyini bir daha nümayiş etdirir.

Qiymət Mahir

TodayPress TV

tag: Dmitri Pineviç,Belarus,Səfir,Konfrans,Todaypress.tv,