Britaniyalı nazir: "Azərbaycan təhlükəsizlik və diplomatik sahədə vacib tərəfdaşdır"

Britaniyalı nazir: "Azərbaycan təhlükəsizlik və diplomatik sahədə vacib tərəfdaşdır"
30.05.2026 19:28 Xarici siyasət

"Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır".

TodayPress TV xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koaker Londonda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümünə həsr edilmiş rəsmi qəbulda çıxışında deyib.

Tədbirdə Britaniya tərəfindən yüksək səviyyəli rəsmi qonaq qismində çıxış edən Lord Koaker ölkələrimiz arasında mövcud tərəfdaşlığın artan potensialından danışıb:

"Fəxr edirəm ki təmsil etdiyim Britaniya hökuməti Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdədir. Bu, ölkələrimizə müdafiə və təhlükəsizlik, ticarət, investisiya, iqtisadi artım, eləcə də innovasiya və təhsil sahələrində daha geniş əməkdaşlığa imkan verəcəkdir. Bu prioritetlər iki ölkə arasında artan yüksək səviyyəli səfərlərdə müzakirə edilir".

Britaniyalı nazir bildirib ki getdikcə daha da qeyri-müəyyən və təhlükəli hal alan dünyada dost və tərəfdaş ölkələrin varlğı heç zaman olmadığı qədər önəmlidir.

O, Azərbaycanın tarix boyu və xüsusən son illər nəzərəçarpan nailiyyətlər əldə etməsinə toxunub, Britaniyanın Azərbaycan Prezidenti İlham Əliyevin regionda dayanıqlı sülhün əldə edilməsi istiqamətində göstərdiyi davamlı səyləri alqışladığını və dəyərləndirdiyini bildirib.

Britaniyalı nazir ötən ilin dekabrında Azərbaycana səfərini də xoş hisslərlə yada salıb, Azərbaycanın onda dərin təəssürat oyatdığını qeyd edib. Britaniya rəsmisi xüsusən Bakı şəhərində qədimilik və yenilik, eləcə də Şərq və Qərbin vəhdətinə, Azərbaycan xalqının mehribanlığına və qonaqpərvərliyinə heyran qaldığını deyərək məhz Azərbaycana səfər etməklə ölkəni daha yaxından tanımaq imkanının olduğuna diqqət çəkib.

Lord Koaker Azərbaycana səfəri çərçivəsində ölkə başçısı İlham Əliyev və Azərbaycanlı rəsmilərlə keçirdiyi görüşlərin ikitərəfli əlaqələr, o cümlədən müdafiə sahəsində əməkdaşlığın inkişafına təkan verdiyini söyləyib.

Qeyd edək ki, Lord Koaker dövlət naziri olmaqla yanaşı, həm də Britaniya parlamentinin Lordlar Palatasının üzvüdür. Britaniyanın Londonda Müstəqillik gününə həsr olunmuş təbdirdə dövlət naziri səviyyəsində təmsil olunması iki ölkə arasında münasibətlərin yüksələn xəttlə inkişafını vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər