BMMT Baş katibi İordaniyanın Daimi Nümayəndəsi ilə görüşdü

BMMT Baş katibi İordaniyanın Daimi Nümayəndəsi ilə görüşdü
24.07.2025 10:40 Xarici siyasət

BMMT Baş katibi İordaniyanın Daimi Nümayəndəsi ilə görüşüb.

TodayPress TV xəbər verir ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli təşkilatın mənzil-qərargahında İordaniya Haşimilər Krallığının BMT-nin Cenevrədəki Ofisi və İsveçrədəki ixtisaslaşmış agentliklər yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir Əkrəm Saud Harahşeh ilə görüşüb.

Bildirilib ki, görüş zamanı əsas diqqət BMMT və İordaniya Haşimilər Krallığı arasında institusional əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsinə yönəldilib. Mülki müdafiə, potensialın artırılması, fəlakət risklərinin idarə olunması və mövcud müvafiq regional məsələlər kimi qarşılıqlı maraq doğuran sahələr müzakirə olunub.

Müzakirələrdə, BMMT-nin üzv dövlətlərə milli dayanıqlığının artırılması istiqamətində birgə proqramlar, texniki əməkdaşlıq və peşəkar təlim təşəbbüsləri vasitəsilə dəstək göstərməyə hazır olduğuna əminlik ifadə olunub.

Tərəflər mülki müdafiə və fövqəladə hallara hazırlıq sahəsində ortaq məqsədlərə nail olma istiqamətində davamlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

FOTOLAR

BMMT Baş katibi İordaniyanın Daimi Nümayəndəsi ilə görüşdü — 1
XƏBƏR LENTİ
03 IYUN 2026
Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici dövlətlərin kəşfiyyat orqanlarının Azərbaycanda təxribat törətməsinin qarşısı alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Bütün Xəbərlər