Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi
Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışlayırıq.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan XİN-in bəyanatında deyilir.
"Pakistan İslam Respublikasının danışıqlar prosesində mühüm vasitəçilik rolunu, eləcə də digər regional tərəfdaşların verdiyi töhfələri yüksək qiymətləndiririk.
Ümid edirik ki, bu mühüm nailiyyət üzərində qurulacaq gələcək danışıqlar davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək", XİN-dən bildirilib.
Azərbaycan XİN
ABŞ-İran arasında razılaşma
Sülh sazişi
Bakı
Pakistan İslam Respublikası
Vasitəçilik
Todaypress.tv
Jalə Rövşən