Azərbaycan və Türkiyə XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Azərbaycan və Türkiyə XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
11.10.2025 15:43 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qəzza üzrə razılaşmadan irəli gələn məsələlər müzakirə edilib. Türkiyənin bu əhəmiyyətli razılıqda oynadığı uğurlu vasitəçilik səyləri təqdir olunub.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər