Azərbaycan İsveçrə ilə məsləhətləşmələr keçirdi - YENİLƏNDİ

Azərbaycan İsveçrə ilə məsləhətləşmələr keçirdi - YENİLƏNDİ
15.04.2026 15:30 Xarici siyasət

Xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının dövlət katibinin müavini, Federal Xarici İşlər Departamentinin Avrasiya şöbəsinin rəhbəri Pier-İv Fuksu qəbul edib.

Bu barədə TodayPress TV-yə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, enerji, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini, beynəlxalq təşkilatlar və platformalar çərçivəsində aparılan işləri, İsveçrənin ATƏT-in fəaliyyətdə olan sədrliyi üzrə planları nəzərdən keçiriblər.

Bununla yanaşı, regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın irəlilətdiyi sülh gündəliyi, həyata keçirdiyi bərpa və quruculuq işləri, eləcə də minasızlaşdırma fəaliyyəti müzakirə olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Eyni gündə Azərbaycan və İsveçrə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Fariz Rzayev, İsveçrə tərəfindən isə dövlət katibinin müavini Pier-İv Fuks rəhbərlik edib.

TodayPress TV

***

15:10

Azərbaycan və İsveçrə xarici işlər nazirlikləri ikitərəfli siyasi məsləhətləşmələr keçirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə İsveçrənin Azərbaycandakı səfirliyi bildirib.

Diplomatik missiya qeyd edib ki, siyasi məsləhətləşmələr Bakıda keçiriləcək.

"Dövlət katibinin köməkçisi, İsveçrə Federal Xarici İşlər Departamentinin Avrasiya şöbəsinin rəhbəri Pyer-İv Fuksun başçılıq etdiyi İsveçrə nümayəndə heyəti ikitərəfli siyasi məsləhətləşmələr keçirmək üçün Azərbaycanda səfərdədir", - deyə səfirlik qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 Bütün Xəbərlər