Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik etdi

Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik etdi
23.05.2025 21:10 Xarici siyasət

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV-nin məlumatına görə, mətndə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və Azərbaycan Respublikasının bütün vətəndaşlarını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sizin quruculuq səyləriniz sayəsində Azərbaycan bu gün sürətlə inkişaf edən iqtisadiyyatı, vətəndaşların həyat səviyyəsinin davamlı şəkildə yüksəlməsi, beynəlxalq aləmdə əldə etdiyi mühüm nailiyyətlər ilə haqlı olaraq fəxr edir.

Minsk-Bakı strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə zəmanət verən hökumətlər, parlamentlər və regionlar arasında sistemli əməkdaşlıq, müntəzəm təmaslarımız buna bariz sübutdur. Bu münasibətlər hər iki dövlətin maraqlarına cavab verir.

Əminəm ki, Belarus-Azərbaycan əməkdaşlığı dostluq və qarşılıqlı anlaşma ənənələri əsasında bundan sonra da fəal şəkildə inkişaf edəcəkdir.

Bu bayram münasibətilə Sizə və ailənizə cansağlığı, rifah, bütün azərbaycanlılara isə əmin-amanlıq və tərəqqi arzulayıram".

XƏBƏR LENTİ
02 IYUN 2026
Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Bütün Xəbərlər