Albaniyanın Baş naziri İlham Əliyevi təbrik etdi

Albaniyanın Baş naziri İlham Əliyevi təbrik etdi
11.06.2026 20:44 Xarici siyasət

Albaniyanın Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

TodayPress TV məktubu təqdim edir:

"Zati-aliləri.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək ölkələrimiz arasında mükəmməl səviyyədə olan əməkdaşlığa görə Sizə minnətdarlığımı bildirirəm. İkitərəfli əlaqələrimizin daha da genişləndirilməsinə həmişə hazır olduğumuzu bir daha təsdiqləyirəm.

Ölkənizə davamlı tərəqqi arzulayır, Zati-alinizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər