115 min insan "şəhərləşmə"yə qoşuldu

115 min insan "şəhərləşmə"yə qoşuldu
22.05.2026 13:30 Xarici siyasət

WUF13 yalnız forum məkanı ilə məhdudlaşmayıb, müxtəlif şəhərlərdə keçirilən tədbirlərlə 115 mindən çox insanı dayanıqlı şəhər inkişafı müzakirələrinə cəlb edib.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, WUF13 konfrans məkanından kənara da genişlənərək Bakı Şəhər Həftəsi, 55 tədbir və “Move Certain Festival” vasitəsilə doqquz şəhəri əhatə edib.

Komitə sədrinin sözlərinə görə, ümumilikdə 115 mindən çox insan dayanıqlı şəhər inkişafı ilə bağlı müzakirələrə qoşulub.

Anar Quliyev qeyd edib ki, forum qlobal miqyasda da geniş görünürlük qazanıb və 1000-dən çox akkreditə olunmuş media nümayəndəsinin dəstəyi ilə forumun mesajları dünya auditoriyasına çatdırılıb:

“Gənclərin iştirakı WUF13-ün əsas fərqləndirici cəhətlərindən biri oldu. Forumun təşkili və fasiləsiz fəaliyyəti üçün 12 min könüllü çalışdı. Bu, Azərbaycan gənclərinin peşəkarlığını, qonaqpərvərliyini və dinamizmini nümayiş etdirdi. Gənclərin iştirakı bilik mübadiləsi, bacarıqların inkişafı və qlobal şəhər proseslərində daha güclü iştirak baxımından WUF13-ün ən dəyərli irslərindən biri hesab oluna bilər”.

Komitə sədri əlavə edib ki, forum çərçivəsində bir sıra yeni təşəbbüslər də irəli sürülüb.

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə WUF13 çərçivəsində “Yeni Şəhər Gündəliyinə həyat vermək: Dayanıqlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” adlı yüksək səviyyəli forum təşkil olunub.

Anar Quliyev bildirib ki, tədbirdə təmiz hava və yaşıl infrastrukturun dayanıqlı şəhər inkişafının və sağlam yaşayış mühitinin əsas komponentləri olduğu vurğulanıb.

O qeyd edib ki, görüşün yekununda qəbul edilən kommünikedə beynəlxalq ictimaiyyətə gələcək Ümumdünya Şəhərsalma Forumlarında təmiz havanın daimi tematik prioritet kimi tanınması çağırışı edilib.

Komitə sədri əlavə edib ki, “Təhlükəsiz Qayıdış üçün Ağıllı və Dayanıqlı Məskunlaşmalar Paketi” (4SRB) praktiki bərpa mexanizmi kimi təqdim olunub və bu təşəbbüs iqlimə davamlı, ekoloji baxımdan dayanıqlı, sülhü təşviq edən və insan mərkəzli şəhər bərpası üçün inteqrasiya olunmuş həllərin hazırlanmasına mühüm töhfə verir. Xüsusilə də həssas və postmünaqişə şəraitində bu yanaşmanın əhəmiyyəti vurğulanıb.

Anar Quliyev çıxışını belə yekunlaşdırıb: “Hörmətli media nümayəndələri, WUF13 yalnız konfrans deyil, bu, fəaliyyət platformasıdır”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Bütün Xəbərlər