UEFA Qazaxıstan Futbol Federasiyasını cərimələdi

UEFA Qazaxıstan Futbol Federasiyasını cərimələdi
15.10.2025 17:13 UEFA

UEFA Qazaxıstan Futbol Federasiyasını 8750 avro cərimələyib.

TodayPress TV xəbər verir ki, buna 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Qazaxıstan - İngiltərə oyununda yaşananlar səbəb olub.

Qarşılaşmada meydana azarkeşlərin daxil olmasına görə quruma 1250 avro cərimə tətbiq edilib. Federasiya görüşün gec başlaması səbəbindən isə 7500 avro ödəyəcək.

Qeyd edək ki, Qazaxıstan – İngiltərə matçı qonağ komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər