Tarixi an: Kvaratsxeliya PSJ-də rekord qırdı

Tarixi an: Kvaratsxeliya PSJ-də rekord qırdı
09.04.2026 09:39 UEFA

Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında klub rekordu müəyyənləşdirib.

TodayPress TV xəbər verir ki, PSJ-nin gürcüstanlı hücumçusu “Liverpul”a qarşı 1/4 final matçında fərqlənərək cari turnirin pley-off mərhələsində ardıcıl dördüncü oyununda qol vurub.

Bununla da o, PSJ tarixində ardıcıl dörd pley-off matçında qol vuran ilk futbolçu olub.

Qeyd edək ki, Kvaratsxeliya cari mövsüm UEFA Çempionlar Liqasında 8 qol vurub. O, bombardirlər siyahısında Erlinq Haaland ilə birlikdə beşinci pilləni bölüşür.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər