KL: Klublarımızın potensial rəqibləri bəlli oldu

KL: Klublarımızın potensial rəqibləri bəlli oldu
04.08.2025 16:54 UEFA

UEFA Konfrans Liqasında Azərbaycanı təmsil edən “Sabah” və “Araz-Naxçıvan” klublarının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib.

TodayPress TV xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində məlum olub.

“Sabah” III təsnifat mərhələsində Bolqarıstanın “Levski” (Sofiya) kollektivini mübarizədən kənarlaşdırsa, “AZ Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə oyunda güclünü müəyyən edəcək.

“Araz-Naxçıvan” isə “Omoniya” (Kipr) klubunu mübarizədən kənarlaşdırsa, Avropa Liqasında PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 21-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək. 

Namiq HUN

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər