ÇL: “Qarabağ” – “Kopenhagen” oyununu idarə edəcək hakim açıqlandı

ÇL: “Qarabağ” – “Kopenhagen” oyununu idarə edəcək hakim açıqlandı
29.09.2025 13:21 UEFA

UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin Bakıda keçiriləcək II turunun “Qarabağ” – “Kopenhagen” oyununu idarə edəcək baş hakim müəyyənləşib. 

TodayPress TV xəbər verir ki, qarşılaşma Niderlanddan olan FIFA referisi Serdar Gözübüyükə tapşırılıb.

Ona bu işdə laysmanlar Ervin Zeynstra  və Patrik İnya kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yannik Van Der Laan yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər