“Araz-Naxçıvan” Konfrans Liqasında növbəti tura vəsiqə qazandı
Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilir.
TodayPress TV xəbər verir ki, avrokubokların debütantı “Araz-Naxçıvan” Yunanıstanda “Aris”in qonağı olub.
Qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Beləliklə, ilk oyunda 2:1 hesablı qələbə qazanan komandamız növbəti tura vəsiqə qazanıb.
Naxçıvan klubunun III təsnifat mərhələsindəki potensial rəqibi “Omoniya” olacaq.